Pakistanda siyasi partiya qurultayında partlayış: 42 nəfər ölüb, 80 nəfər yaralanıb


Pakistanın Hayber Paxtunxva əyalətinin Bacaur bölgəsində siyasi partiya işçilərinin qatıldığı qurultayda partlayış baş verib. Hadisə nəticəsində 42 nəfər ölüb, 80 nəfər yaralanıb.


Partlayışda Camiat Ulama-e-İslam-Fazl (JUI-F) Partiyasının yerli lideri Mövlana Ziaullah da daxil olmaqla 42 nəfərin həyatını itirdiyi, Timergara şəhərlərində xəstəxanalarda 80 nəfərin yaralının müalicə aldığı açıqlanıb. Partlayışın konqres binasında baş verdiyi, polisin hadisə yerində araşdırma apardığı bildirilib. Partlayışın səbəbi hələlik açıqlanmayıb.

JUI-F lideri Hafiz Həmdullah verdiyi açıqlamada bəzi şəxsi işlərinə görə bugünkü konqresə qatıla bilmədiyini bildirib: “Partlayışı şiddətlə qınayıram və arxasında duranlara bunun terror olduğu mesajını vermək istəyirəm. Bu hücum bəşəriyyətə və Bəcaura hücumdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu