Karxanada partlayış: 4 nəfər öldü


Qananın Qərb əyalətində Çinə məxsus karxanada baş verən partlayış nəticəsində 4 nəfər ölüb.


Qana Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NADMO) rəsmisi Emmanuel Nyan yerli televiziya kanalı Citi News-a verdiyi açıqlamada Qərb əyalətinin Anto-Aboso bölgəsində Çin karxanasında partlayış baş verdiyini bildirib.

Nyan partlayışda 1-i çinli olmaqla 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, bəzi insanlardan xəbər alınmadığını deyib.

Emmanuel Nyan qeyd edib ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib və axtarış-xilasetmə işləri davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu