Vaşinqtonda bina partlayıb


ABŞ-ın paytaxtı Vaşinqtonda təbii qaz sızmasından sonra binada partlayış baş verib.


Dünənbaş verən hadisədə yanğınsöndürmə briqadası bir binada qaz sızmasına müdaxilə edərək binanı və ona bitişik binaları təxliyə edib.

Təxliyədən təxminən 15 dəqiqə sonra binada partlayış baş verib.

Yanğınsöndürmə briqadasından verilən açıqlamada bildirilir ki, ilk gələn yanğınsöndürmə briqadalarının sürətli müdaxiləsi ilə həyatlar xilas edilib.

Yerli media partlayış nəticəsində ətrafdakı binaların zədələndiyini, partlayış zamanı dağıntı parçasının dəyməsi nəticəsində bir nəfərin yüngül xəsarət aldığını bildirib.

Yanğınsöndürmə rəisi Rayan Bolton bildirib ki, onlar ilk gəldikləri zaman qaz sızması o qədər güclü olub ki, hətta binanın kənarından belə iyi hiss olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu