Monqolustanda 60 ton maye qazla yüklənmiş tanker partlayıb
Monqolustanın paytaxtı Ulan-Batorda ticarət mərkəzinin yaxınlığında 60 ton maye qazla yüklənmiş tanker partlayıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə Ulan-Batorun Dünjinqarav bazarı yaxınlığında yerli vaxtla saat 01:00-da baş verib.
Partlayış nəticəsində baş verən yanğın ətrafdakı tikililərə və avtomobillərə keçib.
Hadisə yerinə yanğınsöndürmə və təcili yardım xidmətləri cəlb olunub.
Hadisə nəticəsində 3-ü yanğınsöndürən olmaqla 6 nəfər ölüb.
Baş nazirin müavini Amarsaikhan Sainbuyan bildirib ki, partlayış nəticəsində ətrafdakı 15 nəfər xəsarət alıb.
Sainbuyan bildirib ki, ilkin məlumata görə, partlayış yük maşınının başqa bir avtomobilə çırpılması nəticəsində baş verib və əksəriyyəti park edilmiş cəmi 20 avtomobilə ziyan dəyib.