ABŞ-da evdə partlayış: 1 ölü, 13 yaralı var


ABŞ-ın Virciniya ştatında yanan evə müdaxilə edərkən baş verən partlayış nəticəsində 1 yanğınsöndürən ölüb, 13 nəfər yaralanıb.


“The New York Times” qəzetinin məlumatına görə, Virciniya ştatının Sterlinq şəhərində yanğınsöndürənlər yerli vaxtla saat 19.40 radələrində təbii qaz sızması xəbərini verdikdən sonra getdikləri evə müdaxilə ediblər.

Loudoun County Yanğınsöndürmə İdarəsinin sözçüsü Laura Rinehart, ekipajların sızıntı aşkarladığını və təhlükəli materiallar üzrə mütəxəssislərdən dəstək istədiklərini bildirib.

Qeyd edilib ki, partlayış yanğınsöndürənlər evdə olarkən baş verib.

Hadisə nəticəsində 1 yanğınsöndürənin öldüyü, 11 yanğınsöndürən də daxil olmaqla 13 nəfərin yaralandığı açıqlanıb.

Qaz sızmasının səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu