ABŞ polisinin axtarış aparmaq istədiyi evdə partlayış baş verdi


ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Ağ Evdən 6 kilometr aralıda, polisin axtarış aparmaq istədiyi evdə şiddətli partlayış baş verib. Partlayış nəticəsində ev uçub.



Partlayışın zərbəsi ətrafdakı evləri silkəyib və evin dağıntıları alov topuna çevrilərək ətrafa səpələnib.

Polisdən verilən açıqlamada bildirilib ki, qruplar partlayışdan əvvəl evdən 30-40 dəfə məşəl atıldığı xəbərini aldıqdan sonra hadisə yerinə gəliblər.

Arlinqton dairəsi polisinin sözçüsü Ashley Savage bildirib ki, axtarış qərarı zamanı evin içindən bir neçə atəş açılıb və daha sonra partlayış baş verib.

Ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Savage, partlayış zamanı şübhəlinin içəridə olduğunu bildirib.

Partlayışdan sonra başlayan yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 3 saatdan sonra alovu nəzarət altına ala bilib.

Partlayış nəticəsində bəzi polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilsə də, şübhəlinin şəxsiyyəti və partlayışın səbəbi hələlik açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu