Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub


Yəmənin paytaxtı Sənanın şimal-şərqində əl-Xurafi hərbi obyektinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.


Partlayış anında alovlar səmanı işıqlandırdığı üçün insanlar böyük panika yaşayıb.

Partlayışdan sonra başlayan yanğınla əlaqədar ərazidəki evlər boşaldılıb.

Husi qüvvələri bölgəyə giriş-çıxışları bağlayarkən, yanğını söndürmək üçün mülki müdafiə qrupları hadisə yerinə sövq edilib.

Sənada yaşayanlar şəhərin böyük hissəsində partlayış səslərinin eşidildiyini, alovların kilometrlərlə uzaqdan göründüyünü bildiriblər.

Hadisədə can itkisi və ya yaralanmanın olmadığı bildirilsə də, husilərin verdiyi açıqlamada yanacaqdoldurma məntəqəsində qısaqapanma nəticəsində yanğın baş verdiyi, daha sonra isə qaz çənində partlayış baş verdiyi bildirilib.

İranın dəstəklədiyi husilər 2014-cü ildən paytaxt Sənaya nəzarət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu