Dağıstanda partlayış: 35 ölü


Ötən gün axşam saatlarında Rusiya Federasiyasının tərkibində olan Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi 35 nəfərin öldüyünü açıqlayıb. Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov bəyan edib ki, ötən gecə Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların müalicəsi davam edir.

Partlayışdan sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) onlarla yanğınsöndürən əməkdaşı bölgəyə göndərilib. FHN yanğının söndürüldüyünü açıqlayıb

Dağıstan İstintaq Komitəsi də hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu