Küveytdə neft zavoduna PUA hücumu
Küveyt Neft Şirkəti Mina Abdullah neft emalı zavodunun pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını və müəssisədə yanğın baş verdiyini elan edib.
AFN.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi KUNA-nın şirkətin bəyanatına istinadən yaydığı məlumata görə, Mina Abdullah zavodundakı bölmələrdən biri PUA zərbəsinə məruz qalıb. Açıqlamada hücum nəticəsində obyektdə yanğın başladığı, işçilərin təhlükəsizliyinin təmin edilməsi və zavodun qorunması üçün bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü ifadə edilib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub və təhlükəsizlik protokolları dərhal işə salınıb. Şirkət rəsmiləri hazırda zərərin miqyasını müəyyənləşdirməyə çalışır.
