Neft Emalı Zavodunun ərazisindəki yanğın söndürüldü - YENİLƏNİB


Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.


AFN.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib ki, Neft Emalı Zavodunun ərazisindəki yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.


***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.03.2025-ci il tarixində saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.


Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.


Qeyd olunub ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.


AFN.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu