Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AFN.az-a FHN-dən məlumat verilib.
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.