Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB


Binəqədidə çoxmərtəbəli binada başlayan yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.



Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***13:43

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə AFN-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu