Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın - FOTO


Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.


AFN.az bildir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən birində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub.

"Məlumat daxil olduqdan dərhal sonra FHN-in Ddövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu