Rusiyada neft emalı zavodunda güclü yanğın baş verib


Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda yanğın baş verib.


AFN.az NTV.ru-ua istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Anqarskda neft emalı zavodunda baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib. Yanğın sahəsi 2,5 min kvadratmetri əhatə edib. Bu barədə şəhərin meri Sergey Petrov məlumat verib. Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi bildirib ki, NEZ-in texnoloji zavodunda baş verən yanğınla bağlı məlumat yerli vaxtla səhər saat 6-da daxil olub. Yanğınla mübarizəyə 100-dən çox canlı qüvvə və 25 texnika cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu