Moskvada təyyarə zavodunda yanğın baş verib


Moskvanın şimal-qərbində yerləşən Çernışev adına aviasiya zavodunda yanğın baş verib.



Bu barədə “Moskovski Komsomolets” xəbər verib.

Yanğın səhər saat 6 radələrində baş verib. Zavodun binalarından birində aseton olan konteyner yanıb.

Yanğın nəticəsində 52 yaşlı kişi xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu