Başqırdıstanda yanğın: 4 nəfər ölüb


Başqırdıstanın Blaqovarski rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində 4 nəfər ölüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsindən məlumat verilib.

Bildirilir ki, yanğınsöndürənlər gələrkən yaşayış binası, hamam və tövlə açıq alovla yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 79 kv.m sahədə lokallaşdırılıb.

Yanğının söndürülməsi zamanı 4 nəfərin meyiti tapılıb. Ölənlər arasında azyaşlının da olduğu güman edilir.

Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikası üzrə Baş İdarəsinin rəis müavini, o cümlədən operativ qrup və sınaq yanğın laboratoriyasının eksperti yanğın yerinə gedib. Rusiya FHN-nin müstəntiqləri işləyir. Hazırda hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.

Həmin gün səhər saatlarında Moskvanın şimal-şərqində beşmərtəbəli binada yanğın baş verib. Bildirilir ki, yanğın otelin keçidində birinci mərtəbədə yerləşən skuter mağazasında baş verib. Yanğınla əlaqədar eyni binada yerləşən kafedən 50-yə yaxın insan təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu