Ukrayna: Rusiyanın Krasnodar vilayətində neft emalı zavoduna hücum həyata keçirdik


Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətindəki “Albaşneft” neft emalı zavoduna hücum təşkil etdiyi açıqlanıb.



Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamaya görə, Rusiyanın Krasnodar vilayətindəki “Albaşneft” neft emalı zavoduna hücum edilib.

Sözügedən neft emalı zavodunun Rusiya ordusunu benzin və dizellə təmin etdiyi iddia edilən açıqlamada "Hücum təsdiqləndi. Müəssisədə yanğın baş verdi. Hücumun nəticələri bəlli olur" ifadələri işlədilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu