Nigeriyada 98 qanunsuz neft emalı zavodu və boru kəməri məhv edilib


Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyanın cənubunda bir həftə ərzində 98 qeyri-qanuni neft emalı zavodu və boru kəməri məhv edilib.


Nigerian National Petroleum Limited Company (NNPCL) tərəfindən verilən açıqlamada, ölkənin neft bölgəsi olan Niger Deltasında son bir həftə ərzində xam neft oğurluğuna qarşı əməliyyatların aparıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu müddət ərzində 211 xam neft oğurluğu faktı qeydə alınıb, əməliyyatlar zamanı qanunsuz fəaliyyət göstərən 83 neft emalı zavodu və 15 qeyri-qanuni boru kəməri məhv edilib.

Açıqlamada əməliyyatlar zamanı 60 qayıq, nəqliyyat vasitəsi və xam neftin ələ keçirildiyi paylaşılıb.

Nigeriyalı senator Ned Nvoko ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox itki olduğunu açıqlayıb.

Ordu ölkədə neft oğurluğu və təxribatla mübarizə çərçivəsində ötən il 233 qeyri-qanuni neft emalı zavodunun məhv edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu