Polşa Rusiya neftini Avropaya daşıyan Drujba boru kəmərində sızma baş verdiyini bildirir
Rusiya neftini Avropaya daşıyan Drujba kəmərinin qərb hissəsində iki xəttdən birində sızma aşkar edilib.
Polşanın boru kəməri operatoru PERN bəyan edib ki, avqustun 5-də axşam saatlarında Çodeç yaxınlığında xam neftin Almaniyaya çatdığı qərb hissəsindəki iki xəttdən birində sızma baş verib.
Xətdən neft axınının dayandırıldığı bildirilən açıqlamada ikinci xəttin heç bir dəyişiklik olmadan işlədiyi və yerli əhalinin sağlamlığına təhlükə olmadığı bildirilib.
Bildirilib ki, yanğınsöndürmə briqadası və PERN təcili xidmət qrupları hadisə yerində olub, ərazini mühafizə edib, hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
PERN boru kəmərinin zədələnmiş hissəsinin təmirinə başlanıldığını və axının avqustun 8-də bərpa olunacağını açıqlayıb.
Dünyanın ən böyük neft kəmərlərindən biri olan “Drujba” ilə gündə 2 milyon barel neft nəql oluna bilər. Hazırda gündəlik nəql edilən neftin həcminin təxminən 1,5 milyon barel olduğu bildirilir.
Drujba kəməri ilə neft axını Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kəskin şəkildə azalıb və Moskvanın Kiyev administrasiyasını günahlandırdığı hücumlarda boru kəməri infrastrukturu bir neçə dəfə zərbə alıb, lakin Ukrayna hücumlarla bağlı ittihamları rədd edib.