Polşa Drujba boru kəmərinin əvvəllər zədələnmiş xətti ilə neft nəqlini bərpa edib


Polşanın boru kəməri operatoru PERN-in texniki xidmətləri bazar ertəsi axşam saatlarında zədələnmiş “Drujba” boru kəmərini tam işə salıb.


AFN.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

“İndi şirkətin əsas diqqəti ərazinin təmizlənməsi və lazımi vəziyyətə gətirilməsinə yönələcək”, - deyə açıqlamada bildirilir.

Şirkətdən verilən məlumata görə, hadisə zamanı Drujba neft kəmərinin qərb hissəsinin birinci xətti qrafikə uyğun işləyib.

Şirkətin alman müştərilərini də xam neftlə təmin edən ikinci axın bazar ertəsi axşam tam istifadəyə verilib.

“Hadisənin aşkar edildiyi gündən, şənbə günü axşam saatlarından etibarən təmir tədbirləri davam etdirilir. İşdə şirkətin bütün departamentləri iştirak edib”, - məlumatda deyilir.

Polşanın boru kəməri operatoru PERN daha əvvəl bildirmişdi ki, şənbə günü axşam Rusiyadan Avropaya neft daşıyan “Drujba” boru kəmərinin xətlərindən birində sızma aşkar edib və neftin bu xətt vasitəsilə nəqlini dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu