Kəmaləddin Heydərov yanğın yerinə getdi


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gedib.


AFN.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı bildirib.

Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu