İranın Küveytdəki hərbi bazaya zərbəsi nəticəsində azı 10 hərbçi yaralanıb


İranın Küveyt əmirliyi ərazisindəki hərbi düşərgələrdən birinə endirdiyi zərbə nəticəsində Küveyt Silahlı Qüvvələrinin 10 hərbçisi yaralanıb.

AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmisi polkovnik Səud əl-Atvan bildirib. Onun sözlərinə görə, son 24 saat ərzində ölkənin hava məkanında 14 düşmən ballistik raketi və 12 dron qeydə alınıb.

Hərbi obyektdə maddi ziyanın olduğu, yaralılara isə tibbi yardım göstərildiyi bildirilir. Nazirliyin yenilənmiş məlumatına görə, fevralın 28-dən bəri Küveyt hava məkanında ümumilikdə 307 ballistik, 2 qanadlı raket və 616 pilotsuz uçuş aparatı qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu