Litvadan köçənlər əsasən Britaniya, Almaniya və Norveçi seçirlər


Litvadan başqa ölkələrdə yaşamaq və işləmək istəyən vətəndaşların sayı ardıcıl altı ildir artır.

AFN.az xəbər verir ki, bu barədə LRT teleradioşirkəti ekspertlərə istinadən məlumat yayıb.

“Luminor” bankının baş iqtisadçısı Jiqimantas Mauritsas bildirib ki, vaxt keçdikcə ölkəni tərk edənlərin geri qayıtmaq ehtimalı azalır. Onun sözlərinə görə, xaricdə dost çevrəsi və ailə quran, uşaqları yerli məktəblərə gedən insanlar yaşadıqları ölkəyə daha çox bağlanırlar.

Litvanın Dövlət Məlumat Agentliyinin mütəxəssisi Vaiva Randite isə əhalinin köç etdiyi əsas istiqamətlərin Böyük Britaniya, Almaniya və Norveç olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu