Belçikada iğtişaşlarla mübarizə üçün jandarm qüvvələri yaradıla bilər


Belçikanın müdafiə naziri Teo Frankken küçə aksiyaları və iğtişaşlarla mübarizə üçün ölkədə jandarm qüvvələrinin yenidən yaradılmasını təklif edib.

AFN.az xəbər verir ki, Frankken RTL telekanalına müsahibəsində Fransa və Belçikada davam edən iğtişaşlarla bağlı sualı cavablandırarkən ölkəyə “2.0 jandarm qüvvələri”nin lazım olduğunu bildirib. Onun sözlərinə görə, bu qüvvələrin əməkdaşları hərbi hazırlıq keçməli, lakin Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərməlidirlər.

Nazir hesab edir ki, yeni qüvvələr ikili funksiyanı yerinə yetirməlidir: daxili iğtişaşların yatırılması zamanı polisə dəstək verməli, hərbi münaqişələr zamanı isə Müdafiə Nazirliyinin nəzarətinə keçərək ordu bölmələri ilə birgə fəaliyyət göstərməlidir.

Jandarm qüvvələri Belçikada 2001-ci il polis islahatına qədər mövcud olub və həm Müdafiə Nazirliyinə, həm də Daxili İşlər Nazirliyinə tabe olub. Bu qurumun ləğvi polis sistemi daxilində kəskin böhran və polis ilə jandarm arasında ciddi rəqabətlə əlaqədar olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu