Məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir nəfər həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.




