Türkiyədə antiterror əməliyyatında 2 terrorçu zərərsizləşdirilib


Türkiyənin cənub-şərqindəki Siirt vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına mənsub 2 nəfər zərərsizləşdirilib.

AFN xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib. Qeyd olunub ki, bölgədə "Ərən-13" antiterror əməliyyatları davam etdirilir. Təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu