İstanbulda PKK-ya işləyən 10 nəfər tutulub


İstanbul Polis İdarəsinin Terrora qarşı Mübarizə İdarəsinin şəhərdə keçirdiyi antiterror əməliyyatı nəticəsində barələrində axtarış elan edilən 15 nəfərdən 10-u tutulub.

AFN xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, antiterror əməliyyatı İstanbulun 4 rayonunda 15 ünvanda eyni zamanda keçirilib. Onlar terrorçu PKK-ya işləməkdə şübhəli bilinirlər. Tutulanların yaşadıqları mənzildə aparılan axtarış nəticəsində terror qruplaşmasnıa dair xeyli sənəd və digital materiallar aşkarlanıb. Daha 5 şübhəlinin axtarışı istiqamətində əməliyyat davam edir.

Ankara Prokurorluğu isə terrorçu PKK ilə bağlı apardığı istintaq çərçivəsində 12 şübhəlidən 10-nun tutulması barədə qərar qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu