Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb
Türkiyənin paytaxtı Ankara şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 10 şübhəlidən 9-u saxlanılıb.
AFN xəbər verir ki, məlumatı “Haberturk” yayıb.
Ankara Polis İdarəsi Terrora qarşı Mübarizə Şöbəsindən bildirilib ki, xarici ölkə vətəndaşı olan şübhəlilərin İŞİD üzvləri ilə əlaqə saxladıqları məlum olub.
Paytaxtın müxtəlif yerlərindən eyni zamanda keçirilən antiterror əməliyyat nəticəsində 10 nəfər şübhəlidən 9-u saxlanılıb. Onuncu şübhəlinin tutulması istiqamətində əməliyyat aparılır.