Abşeron xəstəxanasına baş həkim təyin edildi


Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

AFN.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.

R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, oktyabrın 8-də sözügedən xəstəxanada insident yaşanıb. Hadisə zamanı direktor müavini Orxan Ənvərli bıçaqlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu