4 dəfə xahiş etdik, yenə də menyudakı qiymətlər gəlmədi - VİDEO


Xarici turist onlara hesabın normal qiymətdən dəfələrlə artıq təqdim edildiyini iddia edir.

O qeyd edib ki “Atəşgah” restoranında yeməyin qiyməti menyuda göstəriləndən artıq tələb olunub:

“Azərbaycan dilində səlis danışan yoldaşımız turistlər üçün deyil, adi menyu istədi. Oradakı qiymətlərlə sifarişimizi verdik. Hesab gələndə isə bizə hər yeməyin qiyməti 2 dəfə baha göstərildi.

Ofisiantı çağırıb xahiş etdik ki, məbləğ əvvəlki menyudakı qiymətlərlə hesablansın. Bunun üçün düz 4 dəfə xahiş etdik. Hər dəfə gətirilən hesab əvvəlkindən 20 manat ucuz olsa da, yenə də sifariş verdiyimiz qiymətlərə uyğun gəlmirdi”.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu