Turistlər Bakıdakı bəzi restoranların bahalığından şikayət edir


“Turistlər Bakıda fəaliyyət göstərən bəzi restoranlardan narazılıq edirlər”.


Bunu AFN.az-a açıqlamasında “Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayev deyib. Şirkət rəhbəri bildirib ki, Səudiyyə Ərəbistanından bir gün əvvəl ailəsi ilə birlikdə gələn turist ilk getdiyi restoranda xidmətdən və qiymətdən narazılıq edib: “O, ölkəsində milyondan çox izləyicisi olan blogerdir. Bu gün məni çağırıb dedi ki, elə edin ki, mən sizin ölkənizdən razı qayıdım və Azərbaycan haqqında yaxşı məlumatlar paylaşım. Mən ona proqramında olmayan turlar təşkil etdim. Getdiyi restorandan şikayət etdi ki, yeməyi dadlı deyildi, qiyməti də baha idi. Bu restoranı ərəb bazarına işləyən bütün turizm şirkətləri tanıyır”.
Cəfər Qarayev onu da dedi ki, hansı restoranda turistləri aldadırlarsa, normal xidmət göstərmirlərsə, ora turist aparmırlar.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu