Torqovıda turistlərə ədəbsiz təklif edən şəxslər peyda olub - AÇIQLAMA

Şəhərin mərkəzində, xüsusilə də "Torqovı" küçəsində turistlərə müxtəlif ədəbsiz təkliflər edən şəxslər peyda olub.
Bu barədə AFN.az-a açıqlamasında “Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayev məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi turizm şirkətinin xətti ilə Azərbaycana gələn bəzi turistlər ona bu barədə gileyləniblər: “Bir neçə ərəb turist bildirdi ki, ailəsi ilə şəhərə gəzməyə çıxıblar, "Torqovı"da onlara yaxınlaşıb uyğunsuz şeylər təklif ediblər. Ora mərkəzi yerdir, düşünürəm ki, hüquq-mühafizə orqanları bununla məşğul olacaqlar. Mən artıq onlara bu barədə məlumat vermişəm”.
Şirkət rəhbəri belə hallardan çox təəssüfləndiyini bildirib və qeyd edib ki, "Torqovı" şəhərin gözüdür: "Bakıya gələn bütün turistlər mütləq ora baş çəkirlər. Bu cür hərəkətlər ölkəmiz haqda xaricdə mənfi fikir formalaşdırır".
FƏXRİYYƏ