İndi Bəzgək quşları İranın ərazisinə düşür, ərəb şeyxləri isə Mərkəzi Asiya ölkələrinə gedir


“Varlı ərəblər əvvəllər Azərbaycana daha çox gəlirdilər. İndi isə gəlmirlər. Çünki onlara ov üçün şərait yaradılmadı”.


Bunu AFN.az-a açıqlamasında “Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayev deyib. O bildirib ki, ərəb şeyxlərinin Şahin quşu ilə ov ovlamağı çox sevdiyi və səfərlərini də bu məqsədlə etdiyi heç kəsə sirr deyil: “Ovladıqları quş də Bəzgək quşudur. Bu quşun ətini Azərbaycanda heç kim yemir. Özü də adı Qırmızı kitabdadır. Bizdə bu ov üçün şərait yaradılmadı. Artıq başqa ölkələr, xüsusilə də Mərkəzi Asiya ölkələri ərəb şeyxlərinə yüksək səviyyədə şərait yaradıb. Burada bir nüansı da qeyd edim ki, bizdə olan Bəzgək quşu daha balacadır, sürətli uçur, Şahin quşu onu tutmaqda çətinlik çəkir. Mərkəzi Asiya ölkələrindəki bəzgəklər isə kökdür və ağır qaçırlar, bu üzdən onları ovlamaq daha asandır”.
Şirkət rəhbəri deyir ki, Bəzgək quşları köçəri quşlardır, onlar qışı qalıb yazda öz ölkələrinə qayıdırlar. Şahin quşları gün ərzində onların maksimum 2-3-nü tuta bilir: “Ərəblər buna görə külli miqdarda vəsait ödəyirdilər, həm lisenziyaya, həm təyyarə biletlərinə. Onlar quşlar üçün də əlavə bilet alırdılar. 5 ulduzlu hotellərdə ən bahalı nömrələrdə qalırdılar. Bunlara 10-15 nəfər insan xidmət edirdi. Yəni hər kəs ərəb şeyxlərinin gəlişindən pul qazanırdı. Hacıqabul Qarasu kəndinin camaatı onlardan çox razı idi, ərəb şeyxlərindən bəziləri orada ev də tikmişdi. İndi oranı əkin sahəsi ediblər, Bəzgək quşları da artıq ora düşmür, qonşu İranın ərazisinə düşür”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu