İran: Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb
İran Ordusu Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidə neft tankerinin dəniz minasına çırpılması nəticəsində alovlandığını bildirib.
AFN.az xəbər verir ki, İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi hadisə ilə bağlı yazılı açıqlama yayıb.
Tankerin naviqasiya və identifikasiya sistemlərini söndürdüyü, daha sonra dəniz minasına çırpılaraq alovlandığı qeyd olunub.
Neft tankerlərinin sahiblərinə xəbərdarlıq edilən açıqlamada identifikasiya sistemlərini söndürərək qadağan olunmuş ərazilərdən keçməyə çalışan gəmilərin dəniz minalarına çırpılma təhlükəsi ilə üzləşə biləcəyi bildirilib.
Digər tərəfdən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Komandanlığı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin Hörmüz boğazına səfərindən bəri 11 neft tankerinin alovlandığını açıqlayıb.
SEPAH-ın yaydığı açıqlamada “CENTCOM komandanı Bred Kuperin oktyabrın 25-də Hörmüz boğazına səfərindən bu günədək 9 gün ərzində boğazda 11 neft tankeri alovlanıb. Bu tankerlərdən bəziləri dənizin dərinliklərinə batıb” deyilib.
