FHN Füzuli Ələkbərovun şirkətinə 382 min manatlıq sifariş verib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi “İmprotex Trucks and Buses” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Müqavilədə “Rosenbauer FOX” portativ pompalarının və yanğınsöndürmə yarışı üçün “Tauchman” avadanlıqlarının alınması nəzərdə tutulur. Satınalma müqaviləsinin maliyyə dəyəri 382 min manatdır.

Satınalma bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “İmprotex Trucks and Buses” MMC 20 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mustafayev Anar Əmir oğludur.

“İmprotex Trucks and Buses” MMC “Improtex” Şirkətlər Qrupuna daxildir. Şirkətin rəsmi internet səhifəsində qeyd olunur ki, 2005-ci ildən fəaliyyət göstərən müəssisə MAN, Bobcat, Doppstadt, FAUN və Rosenbauer daxil olmaqla, bir sıra beynəlxalq markaların Azərbaycanda rəsmi distribyutorudur. Şirkət müxtəlif təyinatlı nəqliyyat vasitələrinin, tikinti texnikasının və yanğınsöndürmə avtomobillərinin idxalı ilə məşğuldur.

“Improtex” Şirkətlər Qrupunun sahibi isə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov kimi göstərilir. O, 2006–2013-cü illərdə nazir vəzifəsində çalışıb.

Qaynarinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu