Qara dənizdə müharibə nəticəsində 120 mindən çox delfin ölüb



Ekspertlər Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən bəri Qara dənizdə 120 mindən çox delfinin öldüyünü ehtimal edirlər.

AFN.az xəbər verir ki, partlayışlar, hərbi sonar sistemləri və dəniz çirklənməsi delfinlərin istiqaməti müəyyənləşdirmək və ov etmək qabiliyyətinə mənfi təsir göstərir.

Ukraynanın cənubundakı Tuzly Laqunları Milli Təbiət Parkının baş elmi işçisi İvan Rusev “Əl-Cəzirə”yə açıqlamasında müharibənin Qara dənizdəki dəniz canlılarına ciddi zərər vurduğunu bildirib.

Partlayışlar, raket atışları və hərbi sonar sistemləri delfinlərin istiqaməti müəyyənləşdirmək və ov etmək üçün istifadə etdiyi exolokasiya qabiliyyətini pozur. Qidalana bilməyən delfinlər çəki itirir, dəniz çirklənməsi isə onların immun sistemini zəiflədərək ölümcül infeksiya riskini artırır.

Döyüşlər zamanı dənizə qarışan yanacaq və kimyəvi maddələr balıq populyasiyalarını və dəniz ekosistemini də təhdid edir. Ekspertlər balıqlarla qidalanan quşların da qida çatışmazlığından və partlayışların yaratdığı səs-küydən təsirləndiyini bildirirlər.

Ukraynanın Odessa şəhərində sahilə çıxmış ölü delfinlə qarşılaşan Tetiana Smolçenko müharibənin heyvanlara təsirini görməyin özü və oğlu üçün son dərəcə sarsıdıcı olduğunu deyib.

Ekspertlərin fikrincə, müharibənin dəniz canlıları və köçəri quşlar üzərindəki təsirləri döyüşlər başa çatdıqdan sonra da uzun müddət davam edə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu