Brent nefti 6,6 faiz ucuzlaşdı
Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 109,92 dollardan satılır.
AFN.az xəbər verir ki, cümə günü 118 dollara qədər yüksələn Brent neftinin yanvar fyuçersləri üzrə bir barelinin qiyməti günü 117,64 dollardan başa vurub.
Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:20-yə olan məlumata görə, əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 6,6 faiz azalaraq 109,92 dollara düşüb.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçersləri üzrə bir barelinin qiyməti 100,58 dollar təşkil edib.
Brent neftində texniki baxımdan 111,96 dolların müqavimət, 109,01 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi qeyd olunur.
