Bakıda müəllimlərin işə qəbulu elan edildi: 4 fənn üzrə vakansiyalar var


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilib.

İdarədən AFN.az-a verilən məlumata görə, işə qəbul üzrə müraciətlər aşağıdakı fənlər üzrə qəbul olunur:

- Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi);

- Riyaziyyat (Azərbaycan bölməsi);

- İngilis dili (Azərbaycan bölməsi);

- İbtidai sinif (Azərbaycan bölməsi).

Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul prosesində iştirak etmək üçün müraciət edə bilərlər.

Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə sənədi (diplom) təqdim etməlidirlər.

Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu