Türkiyə gəmiçilik şirkətlərinə Qara dənizdəki vəziyyətlə bağlı xəbərdarlıq edib


Türkiyə Nəqliyyat Nazirliyi Türk ticarət gəmilərinə hücumların tez-tez baş verməsi fonunda gəmiçilik şirkətlərinə Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti məlumat yayıb.

Nəşr hökumət mənbələrinə istinadən yazır ki, Türkiyə hakimiyyəti ölkənin suveren dəniz ərazisindən kənardakı rayonlara yollananların ehtimal olunan riskləri nəzərə aldığını əsas götürür. Respublikanın ərazi sularından kənarda baş verən insidentlərə müdaxiləsi Ankaranın münaqişə tərəflərindən birini dəstəkləməsi kimi qiymətləndirilə bilər.

"Bloomberg" agentliyi daha əvvəl Türkiyə hakimiyyətinin Qara dənizdə ticarət gəmiçiliyinə məhdudiyyətlər tətbiq etməyə başladığını bildirmişdi.

Bildirilir ki, 10-a yaxın gəmiyə Dardanel boğazından çıxış üçün icazə verilməyib, analoji təcrübənin Mərmərə və Qara dəniz limanlarında da tətbiq olunmağa başlayacağı gözlənilir. Rəsmi olaraq bu məlumat təsdiqlənməyib, Dardanel və Bosfor boğazlarından Qara dənizə gəmilərin keçidinə məhdudiyyətlər barədə də rəsmi xəbər verilməyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 8-də "Anadolu" agentliyinə bildirib ki, Ankara Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyəti diqqətlə izləyir və Ukrayna münaqişəsinin tərəflərinə dəniz hövzəsindəki vəziyyət də daxil olmaqla, hərbi əməliyyatlara moratoriym qoyulması təklifini təqdim edib. Türkiyə XİN öz tərəfindən Qara dənizdə münaqişənin eskalasiyasından ciddi narahatlığını ifadə edib. Qurumun bəyanatında qeyd olunub ki, gərginliyin azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməməsi ərzaq təhlükəsizliyi də daxil olmaqla ağır fəsadlara gətirib çıxaracaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu