Nazirlik keçmiş nazirin şirkətindən 220 min manatlıq maşın alır


Müdafiə Sənayesi Nazirliyi "İmprotex Motors" şirkəti ilə satınalma müqaviləsi bağlayıb.


AFN.az Qaynarinfoya istinadən xəbər verir ki, müqavilədə nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 220 000 manatdır. Nazirliyin bu məbləğə neçə avtomobil alacağı məlum deyil. Yeri gəlmişkən, bu müqavilə bir mənbə üsulu ilə bağlanıb.

"İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Şirkət premium avtomobillərin satışını və servis xidməti göstərir. "İmprotex Motors" MMC-nin keçmiş nazir Füzuli Ələkbərova məxsus olduğu bildirilir. Məlumatlara görə, keçmiş nazir 1991-ci ildə "İmprotex" şirkətini təsis edib.

Daha sonra şirkət holdinqə çevrilib və "İmprotex Group" adı altında fəaliyyət göstərib. "İmprotex Motors" MMC də "İmprotex Group" MMC-yə daxildir. Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.

2013-cü ildə baş vermiş "İsmayıllı hadisələri”ndən sonra işdən çıxarılıb. Həmin hadisələrdə Füzuli Ələkbərovun oğlunun adı hallanırdı. Bu hadisələrə görə həmin vaxt İsmayıllının icra başçısı vəzifəsində işləyəin Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da işini itirməli olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu