Sabiq nazirin şirkətinə 12,4 milyon manatlıq sifariş
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kommunal təyinatlı maşın və mexanizmlər alır.
Departament satınalma müqaviləsini sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Trucks and Buses" MMC ilə bağlayıb.
Müqavilə kommunal təyinatlı maşın və mexanizmlərin alınmasını nəzərdə tutur. Müqavilənin məbləği 12 milyon 436 min 322 manatdır.
"İmprotex Trucks and Buse" MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir.
"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.
"MAN Truck and Bus AG"nin Azərbaycanda rəsmi idxalçısısı olan "İmprotex Trucks and Buses" MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir. ("Marja")