FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə "BMW 750E" markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması nəzərdə tutulur.
Satınalma predmetinə görə şirkətə 16 756,52 manat ödəniləcək.
"İmprotex Motors” şirkəti 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur.
Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
"İmprotex Motors” şirkətinin ona məxsus olması hələ nazir olduğu dönəmlərdə ictimaiyyətə məlum idi.