İraq İsraildən BMT-yə şikayət edib
İraq İsrailin İrana zərbə endirmək üçün respublikanın hava məkanından istifadə etməsi ilə əlaqədar BMT-yə etiraz notası göndərib.
AFN.az xəbər verir ki, müvafiq müraciət qurumun baş katibi Antonio Quterreşə və dünya təşkilatının Təhlükəsizlik Şurasına ünvanlanıb.
Bu barədə İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd-Sudani ofisinin Telegram kanalına açıqlamasında bildirib. Baş nazir həmçinin Xarici İşlər Nazirliyinə baş vermiş İraqın suverenliyinin pozulmasını müzakirə etmək üçün ABŞ-la əlaqə saxlamağı tapşırdığını deyib.