İraqda Hizbullahın baş katibi Nəsrullah üçün üç günlük matəm elan edilib
Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində öldürülməsi ilə əlaqədar İraqda 3 günlük matəm elan edilib.
İraqın Nazirlər Kabinetinin Mətbuat İdarəsindən verilən açıqlamada, baş nazir Məhəmməd Şia əl-Sudaninin Nəsrullahın qətli ilə əlaqədar ölkədə 3 günlük matəm elan etdiyi bildirilib.
İraq Milli Şiə Hərəkatının lideri Müqtəda əs-Sədr də X sosial media hesabından verdiyi açıqlamada Nəsrullahı andığını və 3 günlük matəm elan etdiyini açıqlayıb.