Türkiyədə 7 günlük matəm elan edildi
Türkiyədə 7 günlük matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter sosial şəbəkə hesabında açıqlama paylaşıb.
"6 fevral 2023-cü il tarixində ölkəmizdə meydana gələn zəlzələlər səbəbilə 7 gün milli yas elan edilmişdir. Bütün ölkədə və xarici təmsilçiliklərimizdə 12 fevral 2023-cü il, bazar günü günəşin batışına qədər bayraqlarımız yarıya endiriləcək", - deyə Ərdoğanın açıqlamasında bildirilir.