Türk PA-nın binasında bayraqlar yarıya endirilib


Türk Dövlətlərinin Parlament Assambleyasının binasında bayraqlar yarıya endirilib.


AFN.az-ın xəbərinə görə, bu barədə qurumdan bildirilib. Türk PA-dan verilən açıqlamada qeyd edilib ki, bu, Türkiyə ilə həmrəylik əlamətidir.

Qeyd edək ki, fevralın 7-də Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ 8574 nəfərin ölümünə, 49 133 nəfər yaralanmasına səbəb olub. Türkiyədə baş verən faicədən dolayı 7 günlük matəm elan edilib. Ölkənin 10 bölgəsində həmçinin 3 aylıq fövqəladə rejim elan edilib.

Hazırda xilasetmə əməliyyatlatı davam edir. Ölü və yaralı sayının artacağı ehtimalı yüksəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu