Avqust ayında 13.600 Ukrayna qaçqını Polşanı tərk edib - media


Avqust ayında Polşa, Finlandiya və Fransada müvəqqəti himayə statusu ilə yaşayan ukraynalı qaçqınların sayı azalıb, Avropa İttifaqı üzrə isə bu göstərici cüzi artıb.

AFN.az xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi “Eurostat”ın məlumatında bildirilir.

Məlumata görə, avqustda Polşada müvəqqəti himayə statusuna malik ukraynalıların sayı 13 665 nəfər (1,4%), Finlandiyada 6 260 nəfər (8,6%), Fransada isə 2 125 nəfər (4,3%) azalıb.

Bununla belə, Aİ ölkələrində müvəqqəti himayə statusu ilə yaşayan ukraynalıların ümumi sayı avqustda 3 200 nəfər artıb. Bu, 0,1 faizdən az artım deməkdir.

Həmin dövrdə ukraynalı qaçqınların sayı Almaniyada 4 330 nəfər (0,3%), Rumıniyada 3 440 nəfər (1,6%), Çexiyada isə 3 135 nəfər (0,8%) artıb.

Avqust ayının sonuna Aİ-də müvəqqəti himayə statusu ilə yaşayan ukraynalıların sayı 4,43 milyon nəfərə çatıb. Onların təxminən 1,3 milyonu Almaniyada, 940 mini isə Polşada olub.

Qeyd edək ki, Aİ 2022-ci ilin martında Ukraynadan olan qaçqınlar üçün müvəqqəti himayə mexanizmini işə salıb. Bu status ukraynalılara əlavə fərdi sığınacaq prosedurundan keçmədən İttifaq ölkələrində yaşamaq, işləmək, təhsil almaq, tibbi yardım və sosial dəstək almaq imkanı verir.

Müvəqqəti himayə mexanizminin 2026-cı ilin avqustundan 2028-ci ilin martınadək uzadıldığı bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu