Ukraynadan Polşaya keçən qaçqınların sayı 11 milyonu ötüb


Rusiyanın 14 aydır davam edən hücumları qarşısında evsiz-eşiksiz qalan, təhlükələrlə üzləşən Ukrayna vətəndaşlarının ölkələrini tərk etmə məcburiyyəti də davam edir. Aprelin 10-da artıq Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 11 milyonu ötüb.


AFN.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi açıqlama yayıb. Təkcə dünən Ukraynadan ölkəyə 20 min nəfərin daxil olduğu qeyd edilən açıqlamada bildirilir ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana intensiv miqrasiya davam edir.

Qurumun məlumatında həmçinin Polşanı tərk edən ukraynalıların ümumi sayının 9 milyon 259 min nəfər olduğu qeyd edilib. Polşanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, miqrantların 87 faizi qadın və uşaqlardır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu