Ukrayna ilə sərhəddə yük maşınlarının etirazına polşalı fermerlər də qoşulacaq


Polşa fermerləri Ukraynadan gələn haqsız rəqabətə görə Ukrayna ilə sərhəddə yük maşınlarının etirazına qoşulacaq.


Bu barədə "Bloomberg" məlumat yayıb.

Kənd fermerləri assosiasiyasının təşkilatçılarından biri olan Lukaş Martin bildirib ki, təşkilatın 100-ə yaxın üzvü “Medyka” keçid məntəqəsində üç günlük etiraz aksiyası keçirməyi planlaşdırır: “İlk əziyyət çəkənlər arasında fermerlər oldu. İndi nəqliyyat şirkətləri artıq tətilə başlayıblar, növbəti kimin olacağı sualdır”.

Ukrayna və Avropa İttifaqı arasında həmrəylik dəhlizləri təhlükə altında olduğu üçün Avropa Komissiyası Polşanı Ukrayna ilə sərhəd keçidlərini bağladığına görə cəzalandıra bilər. Rəsmi olaraq AK Polşa hakimiyyətinə qarşı görüləcək tədbirləri şərh etməkdən imtina edib. Avropa Komissiyası Polşa və Ukrayna ilə danışıqların davam etdiyinə əmindir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu