Polşa Ukraynadan gələn yük maşınlarına nəzarəti gücləndirir


Polşa hakimiyyəti noyabrın 6-dan etibarən ölkəyə daxil olan ukraynalı yük maşınlarının blokadasının yumşaldılması məsələsində yerli daşıyıcılarla ilkin razılıq əldə edib.


Bu barədə Polşanın infrastruktur naziri Alvin Qayadhur ilə etirazçı polyakların nümayəndələri arasında keçirilən görüşdən sonra mətbuata açıqlama verilib.

"Tərəflərin bəyanatlarından belə çıxır ki, Polşa hakimiyyəti Ukraynadan gələn yük maşınlarına nəzarəti gücləndirəcək və qonşu ölkənin daşıyıcılarına qarşı hərtərəfli yoxlamalar keçirəcək, - deyə DW xəbər verir.

Buna cavab olaraq, yerli yük maşınları Ukrayna yük maşınlarının blokadasını “sonrakı sərhəd-keçid məntəqələrinə” uzatmayacaq, həmçinin hakimiyyətin hərəkətləri nəticə verərsə, etirazı yumşaltmağa hazırdırlar.

Qayadhur bildirib ki, o, Avropa Komissiyasına Ukrayna yükdaşıyıcılarının Avropa İttifaqı daxilində girişi və hərəkəti ilə bağlı tələbləri yumşaldan Aİ-Ukrayna sazişinin fəaliyyətini yoxlayacaq komitənin təyin edilməsi üçün sorğu təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu